Azərbaycanın xarici işlər naziri Böyük Britaniyaya işgüzar səfərə gedib
24 aprel 2012 12:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü nəzərdə tutulur.
Nazir Elmar Məmmədyarov eyni zamanda, Böyük Britaniyanın Avropa Məsələləri üzrə Naziri Devid Lidinqton və Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.
Nazir Elmar Məmmədyarov eyni zamanda, Böyük Britaniyanın Avropa Məsələləri üzrə Naziri Devid Lidinqton və Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.
Xarici siyasət
Şimali Kipr Türk Respublikasında “Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi” açılıb - FOTO
00:17
16 may 2024
Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalanıb
23:34
15 may 2024
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib - FOTO
22:21
15 may 2024
Deputat: ATƏT-in Minsk qrupunun saxlanması üçün heç bir səbəb yoxdur
21:01
15 may 2024