USAİD son 20 ildə Azərbaycanda həyata keçirdiyi layihələrə 300 milyon dollardan artıq vəsait xərcləyib
.jpg)
O qeyd edib ki, USAİD ilkin mərhələdə Azərbaycanda əsasən məcburi köçkünlərlə bağlı layihələr reallaşdırıb, hökumət bu sahədəki problemlərin həlli ilə özü məşğul olduqdan sonra təşkilat başqa sahələrdə layihələr reallaşdırmağa başlayıb.
Maykl Qrinin sözlərinə görə, hazırda USAİD-in Azərbaycan ofisi hökumətlə sıx əməkdaşlıq çərçivəsində demokratiyanın inkişafı, iqtisadi inkişaf və səhiyyə sahəsində islahatlara dair proqramlar reallaşdırır:
“Bizim ofisin müstəqil missiya olması Azərbaycanın ehtiyaclarını daha yaxşı anlamağa və bununla da reallaşdırılacaq proqramları daha effektiv seçməyə imkan verir. Gələcəkdə ofisimiz qeyd etdiyim istiqamətlər üzrə layihələr reallaşdırmaqda davam edəcək. Sənaye və Energetika Nazirliyi ilə müzakirə etdiyimiz mümkün gələcək sahələrdən biri energetika, alternativ enerji mənbələrinin inkişafına dair proqramlardır”.
O qeyd edib ki, Azərbaycanda reallaşdırılan iqtisadi layihələrin başlıca məqsədi hökumətə qeyri-neft sektorunun diversifikasiyasına dəstək verməkdir və diversifikasiya üçün ən ümidverici sektor kimi daha çox kənd təsərrüfatı sahəsində işləyirlər: “İkinci məqsəd bu sahəyə dair qanunvericiliyin beynəlxalq standartlar səviyyəsinə yüksəltmək üçün çalışmaqdır. Qanunvericiliyini yaxşılaşdırılması Azərbaycana müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Ticarət Təşkilatına üzv olmaq imkanı verir. Ümidvaram ki, üzvlük məsələsi yaxın dövrlərdə reallaşacaq. USAİD bununla əlaqədar fermerlər və kənd təsərrüfatı üzrə ixtisaslaşmış biznesmenlər üçün biznes mühitinin inkişafı və beynəlxalq bazarlarda rəqabətə davamlılığın təminatı məqsədilə müxtəlif proqramlar həyata keçirir. Missiya həmçinin kənd təsərrüfatı kreditlərini əldə etmək imkanlarını yaxşılaşdırmaq üçün iki kommersiya bankı ilə birgə uzunmüddətli layihə gerçəkləşdirir”.
Ofisin rəhbəri səhiyyə sahəsində görülən işlərə də aydınlıq gətirib: “Ofisimiz tibbi personalın vərdiş və bacarıqlarının yaxşılaşdırılması, uşaq və ana sağlamlığının yaxşılaşdırılması, ölkədə vərəmə yoluxmanın səviyyəsinin azalması istiqamətində işlər görür. Səhiyyə sahəsi – Azərbaycan hökumətinin daha böyük miqdarda investisiya yatırdığı sahədir, bu səbəbdən artıq bizim dəstəyimizə əvvəlki tək ehtiyac duyulmur. Buna görə 2013-cü ildən sonra biz səhiyyə sahəsində həyata keçirdiyimiz proqramların sayını ixtisar edəcəyik”.
Maykl Qrin USAİD-in təşkilatlar və vətəndaş cəmiyyətinin Azərbaycanda demokratiyanın inkişafı prosesinə cəlb olunması səviyyəsinin artırılması istiqamətində proqramlar reallaşdırdığını deyib: “Biz qadın hüquqlarının inkişafı, korrupsiyaya qarşı mübarizə, vətəndaşların ədalət mühakiməsinə əlçatımlığının artırılması sahəsində vətəndaş cəmiyyətinin nümayəndələrinə kömək etmək üçün onlarla birgə işləyirik. Habelə biz yeni kütləvi informasiya vasitələri ilə bağlı işlər görürük. Biz əvvəllər ənənəvi kütləvi informasiya vasitələri – radio və televiziya ilə işləyirdik, son iki ildə isə internet mediaya daha çox diqqət yetirməyə başlamışıq”.
USAİD bu il Rabitə və İnformasiya Texnologiyaları nazirliyi ilə əməkdaşlıq çərçivəsində “elektron hökumət” strategiyasını dəstəkləməklə onlayn saytlara və hökumət xidmətlərinə giriş imkanlarını yaxşılaşdırmaq istiqamətində layihə həyata keçirməyi planlaşdırır: “Bu, prosesin effektivliyini artırmağa və korrupsiya səviyyəsini azaltmağa imkan verəcək. USAİD ölkənin regionlarında poçt şöbələrində 30 yeni internet kioskun açılmasını planlaşdırır ki, bu da yerli sakinlərin elektron hökumət sisteminə girişini asanlaşdıracaq. Biz həmçinin bir sıra universitetlərdə tələbələrin İnternetə girişini asanlaşdırmaq üçün “İnternet hot-spot”lar quraşdırmışıq. Həmçinin BP və Amerika Ticarət Palatasının (AmCham)dəstəyi ilə USAİD yaxın aylarda universitet tələbələrinin internaturası üzrə proqram gerçəkləşdirəcək”.
Ötən ildən başlayaraq ofis tərəfindən qadınların ölkənin ictimai və siyasi həyatda iştirakına cəlb olunması məqsədilə proqramın həyata keçirildiyini deyən Maykl Qrin bu proqram çərçivəsində bir neçə QHT koalisiyalarının yaradıldığını deyib: “Bu koalisiyalar qadınların liderlik keyfiyyətlərinin inkişafı məqsədilə müxtəlif treninqlər keçirir, həmçinin qadın problemləri, o cümlədən qadınlara qarşı ayrı-seçkiliyiklə bağlı ictimaiyyətin məlumatlandırılması üçün kampaniyalar keçirirlər”.
USAİD-in bu yaxınlarda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində layihənin reallaşdırılması üçün qrant ayırması xəbərini şərh edən Maykl Qrin bildirib ki, bu proqram həmin ərazilərdə yaşayan insanlara kömək məqsədilə ABŞ Konqresinin ayırdığı vəsait hesabına həyata keçirilir: “Bu, o demək deyil ki, ABŞ hökuməti Dağlıq Qarabağ hökumətini tanıyır. Bu, insanlara yardım məqsədi daşıyan humanitar proqramdır. Düşünürəm ki, son illər ərzində USAİD içməli su təminatının yaxşılaşdırılması, səhiyyə və minaların təmizlənməsi sahələrində hər il 2 milyon dollara yaxın vəsait ayırıb. Sırf praktiki səbəblərdən bu qrantı USAİD-in Ermənistan Ofisi idarə edir, çünki biz buradan qeyd olunan proqramın həyata keçirilməsinə nəzarət etmək imkanından məhrumuq”.
Maykl Qrin əmin olduğunu bildirib ki, bu qrant proqramına ayrılmış vəsait əvvəlcədən müəyyən olunmuş məqsədlər üçün sərf ediləcək: “USAİD harada fəaliyyət göstərirsə-göstərsin, biz eyni standartlarla çalışırıq və ayrılmış pulların hara xərcləndiyinə əminik”.
Xarici siyasət

Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Albaniya Azərbaycandan dəstəyilə qazdan enerji mənbəyi kimi istifadəni öyrənir

Albaniyalı nazir müavini: Azərbaycanı enerji sektorunda ən yaxın strateji tərəfdaşlardan biri hesab edirik

Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Xəbər Lenti
Medinski: Rusiya nümayəndə heyəti mayın 16-da səhər saat 10-dan Ukrayna nümayəndə heyətini gözləyəcək
Lənkəranda zəncirvari qəzada 4 avtomobil toqquşub, xəsarət alanlar var
Merz: Almaniyanın Ukraynaya “Taurus” raketləri tədarük etmək planı yoxdur
“Barselona” növbəti dəfə La Liqa çempionu olub
“Avroviziya-2025”də bütün finalçılar bəlli olub - YENİLƏNİB
Starmerin evinin yandırılmasında 21 yaşlı ukraynalı ittiham olunub
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB
Merz: Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırdır və mayın 20-də qəbul olunacaq
İsrail Yəməndən yeni raket hücumu qeydə alıb
Rubio: ABŞ Tramp-Putin görüşünə danışıqlardan sonra qərar verəcək
Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Albaniya Azərbaycandan dəstəyilə qazdan enerji mənbəyi kimi istifadəni öyrənir
Albaniyalı nazir müavini: Azərbaycanı enerji sektorunda ən yaxın strateji tərəfdaşlardan biri hesab edirik
Türkiyə, ABŞ və Suriya XİN rəhbərlərinin görüşü olub
Naxçıvan MR Tibb Müəssisələrinin İdarəetmə Birliyinin İcraçı direktoru işdən çıxarılıb
Məhkəmədə Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal etməsi, mülki əhalini qətlə yetirməsi faktları ilə bağlı ifadələr dinlənilib
Gəncədə emalatxanada yanğın olub
İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq
Norveç Ukraynaya vəd etdiyi F-16-ların tədarükünü bu ilin sonuna qədər tamamlayacaq
Almaniya kansleri: Alman qoşunlarının Ukraynada olması nəzərdən keçirilmir
Azərbaycan və Pakistan arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunub
Məhkəmədə Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub
KİV: Rusiya ilə Ukrayna rəsmiləri arasında danışıqların vaxtı dəyişdirilə bilər
Ağır cinayətlərdə ittiham edilərək uzun müddət axtarışda olan şəxsin cinayət işi məhkəməyə göndərilib
Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Putinin köməkçisi: Rusiya nümayəndə heyəti münaqişənin həlli yollarını axtarır
Türkiyədə keçirilən beynəlxalq təlimdə uçuşlar icra olunub - FOTO
Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapılıb
Balaxanı neftçisi evə ikiqat dünya çempionu adı ilə qayıdıb
Aleksey Borodin: Azərbaycan regionda mühüm logistik mərkəzlərdən biri kimi çıxış edir
Zelenski: Rusiya-Ukrayna danışıqlarının saatı hələ də bəlli deyil
Zelenski və Ərdoğan Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə edib
Türkiyə heyəti Azərbaycanda xüsusi təyinatlıların silah və texniki vasitələri ilə tanış olublar
Zelenski: Rusiya danışıqlara ciddi yanaşmır, müharibəni dayandırmaq istəmir
Medinski: Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına hazırdır
Zelenski İstanbulda danışıqlarda iştirak etməyəcək, nümayəndə heyəti göndərəcək
Sahibə Qafarova Çin səfiri ilə görüşüb
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
Ərdoğan-Zelenski görüşü başa çatıb - VİDEO - YENİLƏNİB-1
Sahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzlərinin məhkəməsində ittiham aktı elan olunub
Ankarada hiss edilən zəlzələ olub
Sahibə Qafarova Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Yevlaxda minik maşını ilə avtobus toqquşub
Dyson Airwrap: Saç düzümü anlayışını dəyişdirən möcüzəvi cihaz - FOTO
Azərbaycanda bu il elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb