Los Ancelesdəki Baş Konsulluğumuz ABŞ-da Azərbaycan haqda kitab nəşr etdirib
10 oktyabr 2012 08:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-da ingilis dilində Azərbaycan haqda kitab nəşr etdirib. Konsulluqdan APA-ya verilən məlumata görə, nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan və “Azerbaijan - Embracing the Future” (Azərbaycan – Gələcəyi Qurarkən) adlanan kitabda Azərbaycanın coğrafiyası, zəngin tarixi, mədəniyyəti və incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu və xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və digər maraq kəsb edən mövzular barədə geniş məlumatlar öz əksini tapıb. Bakı şəhərinin və ölkəmizin müxtəlif gözəl guşələrinin rəngarəng şəkilləri kitabın müxtəlif bölmələrini bəzəyir.
Kitabın ABŞ-da hökumət və qeyri-hökumət qurumları, biznes dairələri, elm, təhsil və mədəniyyət ocaqları, KİV-lər, eləcə də digər təşkilatlar və şəxslərə göndərilməsi nəzərdə tutulur.
Kitabın ABŞ-da hökumət və qeyri-hökumət qurumları, biznes dairələri, elm, təhsil və mədəniyyət ocaqları, KİV-lər, eləcə də digər təşkilatlar və şəxslərə göndərilməsi nəzərdə tutulur.
Xarici siyasət
Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib - FOTO
10:54
22 may 2024
Baş nazir və XİN başçısı anım mərasimində iştirak etmək üçün İrana gedir
09:39
22 may 2024
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024