Bank Of Baku

Qazaxıstanın Azərbaycandakı səfiri Naxçıvanın turizm imkanları ilə tanış olub

Qazaxıstanın Azərbaycandakı səfiri Naxçıvanın turizm imkanları ilə tanış olub
# 22 may 2008 08:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Naxçıvan Muxtar Respublikasında səfərdə olub. APA-nın məlumatına görə, səfir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İslam Konfransı Təşkilatı çərçivəsində Naxçıvanın turizm potensialına həsr olunmuş beynəlxalq konfransda iştirak edib. O, Naxçıvanda ikitərəfli görüşlər də keçirib. Səfir Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayev, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, baş nazirin müavini Təranə Quliyeva ilə görüşlər keçirib, Yusif ibn Küseyr, Möminə Xatun türbəsi və duz mədənləri ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR