Bank Of Baku

Bakıda Çində baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlərə 50 min dollardan artıq ianə yığılıb

Bakıda Çində baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlərə 50 min dollardan artıq ianə yığılıb
# 22 may 2008 08:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində Çində baş vermiş zəlzələdən zərəçəkmişlərə yardım məqsədilə 50 min dollardan artıq ianə yığılıb. Məlumatı APA-ya səfirlikdən veriblər. Zəlzələ nəticəsində həlak olmuş 10 minlərlə insanın xatirəsinə səfirlikdə mayın 19-dan 21-nə kimi 3 günlük matəm elan olunmuşdu, xatirə kitabı və iyanələr üçün qutu qoyulmuşdu. Minlərlə Azərbaycan vətəndaşı və Bakıda fəaliyyət göstərən diplomatik missiya, beynəlxalq təşkilat təmsilçiləri, işgüzar dairələrin nümayəndələri səfirliyə gəlib, baş sağlığı verib və yardım ediblər. Səfirlikdən onu da bildiriblər ki, Azərbaycan vətəndaşları dipmissiyaya müraciət edirlər və Çinin Qırmızı Xaç Cəmiyyətinin hesabı ilə maraqlanırlar ki, həmin hesaba öz yardımlarını etsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR