Bank Of Baku

Azərbaycanın Tacikistandakı səfirliyi Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə rəsmi ziyafət verəcək

Azərbaycanın Tacikistandakı səfirliyi Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə rəsmi ziyafət verəcək
# 22 may 2008 09:33 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın Tacikistandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə Düşənbənin məşhur “Rahat” restoranında rəsmi ziyafət verəcək. Səfirliyin üçüncü katibi Mübariz Cəfərov APA-ya bildirib ki, ziyafətdə Tacikistanın dövlət və hökumət nümayəndələri, diplomatik korpusun və Azərbaycan diasporunun təmsilçiləri iştirak edəcək.
Noyabrın 10-16-da isə Tacikistanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə incəsənət xadimləri və rəqs qruplarının çıxışları olacaq və poeziya nümunələri səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR