Bank Of Baku

AEBA Baş direktoru: Azərbaycanla işləməyə davam edəcəyik

Azərbaycan XİN müavini Fariz Rzayev və AEBA-nın Baş direktoru Rafael Qrossi

© APA | Azərbaycan XİN müavini Fariz Rzayev və AEBA-nın Baş direktoru Rafael Qrossi

# 24 avqust 2023 14:21 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru "Twitter"də bildirib.

"AEBA ilə əməkdaşlıq və nüvə elmi ilə Azərbaycan pambıq istehsalını nəzərəçarpacaq dərəcədə üç dəfə artırıb. Qoşulmama Hərəkatının qlobal hədəflərə çatmasında "Ümid Şüaları" kimi təşəbbüsləri ilə bu hərəkata sədrlik edən Azərbaycanla işləməyə davam edəcəyik. Dəstəyinə görə Azərbaycan XİN-i təşəkkür edirik", - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR