Bank Of Baku

Akkan Suver: Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsi bölgə üçün səmərəli əməkdaşlıq fürsəti yaradır

Akkan Suver: Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsi bölgə üçün səmərəli əməkdaşlıq fürsəti yaradır
# 13 iyun 2023 19:54 (UTC +04:00)

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərinin Azərbaycana edilməsi iki dövlətin bir-birinə çox bağlı olması və yüksək dəyər verməsinin nümunəsidir”.

Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında “Mərmərə Qrupu Vəqfi”nin sədri Akkan Suver bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlər artan xətlə inkişaf edir.

“Əminəm ki, Türkiyə - Azərbaycan münasibətlərinin uğurla inkişaf etməsi həm də bölgə üçün səmərəli əməkdaşlıq fürsəti yaradır. Digər tərəfdən isə, Türkiyə Prezidentinin Azərbaycana səfəri qardaş ölkənin əhəmiyyətinin sübutudur. Buna demək istəyirəm ki, sadəcə Azərbaycan və Türkiyə dövlətləri deyil, həm də xalqlarımız dost və qardaşdır”, - deyə o vurğulayıb.

A.Suver əlavə edib ki, Azərbaycan və Türkiyə bölgədə yeni reallıqlar yaradan ölkələr olaraq mühüm ortaq layihələr həyata keçirir: “Burada “TANAP” vasitəsi ilə Avropaya Azərbaycan təbii qazının nəqli, “Bakı-Tbilisi-Kars” dəmiryolu xətti, “Bakı-Tbilisi-Ceyhan” boru xətti kimi böyük layihələrdən söz etmək olar”.

Onun sözlərinə görə, son zamanlar iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığı yeni səviyyəyə çatdırıb:

“Təbii ki, TDT-da Azərbaycanla Türkiyənin rolu, qurucu ölkələr olaraq, xüsusidir. Digər tərəfdən, Azərbaycan - Türkiyə - Qazaxıstan, Azərbaycan - Türkiyə - Özbəkistan və Azərbaycan - Türkiyə - Türkmənistan kimi üçtərəfli əməkdaşlıq formatları mövcuddur. Bu o deməkdir ki, bütün türk dövlətlərinin inteqrasiyası daha da dərinləşə bilər. Xüsusi olaraq, Orta Dəhlizin önəminin artdığı bir zamanda bizim ölkələrin də əməkdaşlıq və inkişaf imkanları artır. Bu anlamda, iki liderin qeyd etdiyi kimi, Zəngəzur Dəhlizinin açılması, zəruridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR