Bank Of Baku

Amerikalı ekspert: Tezliklə Azərbaycan C5+1 platformasına qoşulacaq

Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst

© APA | Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst

# 18 noyabr 2025 09:45 (UTC +04:00)

"Mərkəzi Asiya ABŞ üçün prioritet bölgədir".

APA xəbər verir ki, bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda deyib.

“Prezident Tramp özünü sülh təsisçisi kimi təqdim edir. Məncə, onun buna haqqı var. O, 9 münaqişə üzərində işləyir ki, onlardan biri də Azərbaycan-Ermənistan məsələsidir. ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir. Təsadüfi deyil ki, Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra Bakıda toplaşmışıq. Tezliklə bu platforma Azərbaycanın qoşulması ilə C6+1 olacaq. Bu baxımdan əlaqələrimizin əhəmiyyəti daha da artır”, - Con E. Herbst qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR