Azərbaycan müharibə strategiyası, diplomatik manevrləri ilə bir nümunə ortaya qoydu.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Deputat deyib ki, cəmi 44 gün davam edən Vətən müharibəsində qələbəni bir sıra amillər şərtləndirib: “Birinci səbəb Ali Baş Komandan İlham Əliyevin prinsipial, strateji və qətiyyətli liderliyidir. Prezident İlham Əliyevin müharibə vaxtı apardığı informasiya savaşını da xüsusi qeyd etmək lazımdır. Diplomatik səviyyədə tarazlığı qoruyaraq haqq səsimizi dünyaya yaymaq, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqın birliyi bu qələbənin əsas sütunlarını təşkil etdi. Milli ruhun gücü, müasir hərbi texnologiyalar, effektiv idarəetmə və hərbi kadr siyasətində milli potensialın düzgün istifadəsi nəticələrin əldə edilməsində həlledici oldu. Azərbaycanın qazandığı uğurlar göstərdi ki, hərbi qələbə yalnız döyüş meydanında deyil, liderlik, milli birlik və strateji uzaqgörənlik sayəsində mümkündür. Azərbaycan tək regional deyil, beynəlxalq səviyyədə də öz gücünü göstərdi, dövlətçiliyin və milli iradənin nümunəsini ortaya qoydu: “Bu siyasət ərazi bütövlüyünün, suverenliyin qorunması və hər bir Azərbaycan vətəndaşının rifahının təmin edilməsinə xidmət etdi”.
Arzu Nağıyev qeyd edib ki, bu gün böyük güclər beynəlxalq hüququ tapdalayır və dünyanın hər yerində silahlı münaqişələr, müharibələr sabitlik və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır: “Rusiya-Ukrayna müharibəsi bu vəziyyətin bariz nümunəsidir. Avropanın siyasi və iqtisadi tarazlığı pozulub və bu münaqişənin yaxın zamanda həlli sual altındadır. Eyni zamanda ABŞ, İsrail və İran qarşıdurması 40 gündən çox davam etdi, bu gün isə atəşkəs də kövrəkdir, münaqişənin həlli istiqamətində hələ ciddi addım atılmayıb. İran bir sıra tərəfdaşlarının kəşfiyyat məlumatlarından istifadə edərək Hizbullah vasitəsilə İsrail infrastrukturlarını hədəfə aldı. Körfəzdə isə zərbə endirilən əsas infrastrukturlar müsəlman və ərəb ölkələrinə məxsusdur. Üstəlik, Hörmüz boğazından keçən tankerlərdən 2 milyon dollar alınması gündəmə gəlib”.
Parlamentin komitə sədri qeyd edib ki, bütün bunların fonunda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə etalon kimi qəbul edilə bilər. Zəfər və 2023-cü ildə aparılan anti-terror əməliyyatları bir nümunədir. 44 gün ərzində Ermənistan məğlub oldu və Azərbaycan müharibə strategiyası, diplomatik manevrləri ilə bütün proseslərdə fərqli bir nümunə ortaya qoydu”.
Arzu Nağıyev: Azərbaycan müharibə strategiyası, diplomatik manevrləri ilə nümunə ortaya qoydu
© APA | Arzu Nağıyev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Xarici siyasət
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
“Gürcü Arzusu”: Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
Türkiyə səfirliyi: Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi minnətdarlıqla yad edirik
Xəbər Lenti
Zelenski Ukrayna Ordusunun Liman istiqamətində uğurlu əməliyyat keçirdiyini açıqlayıb
KİV: Aİ-nin 18 ölkəsi sərhədlərdə miqrant axınının qarşısının alınması planını razılaşdırıb
Anım Günü ilə əlaqədar ƏƏSMN kollektivi Zəfər abidəsini ziyarət edib
Qazaxıstanın yeni müdafiə naziri təyin edilib
İsveçrəlilər referendumda ölkənin neytrallığının əbədi qorunmasına qarşı çıxıb - YENİLƏNİB
ABŞ-ın İrana zərbə üçün istifadə etdiyi Britaniya aviabazasında araşdırma aparılır
FHN-in kollektivi Zəfər parkını ziyarət edib
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Bakıda Formula 1 keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
Hindistanda leysan yağışlar nəticəsində 56 nəfər ölüb
Zəngilan və Cəbrayıl rayonlarında şəhidlərin xatirəsi anılıb - FOTO
Azərbaycan nəhəng investisiya şirkətləri ilə milyardlarla dollarlıq sazişlər imzalayıb - Euronews
Şuşada Anım Günü qeyd edilib - FOTO
Naxçıvanda şəhidlərin xatirəsi anılıb
Peskov: Putin APEC sammitində iştirak edəcək, G20-də iştirakla bağlı qərar verilməyib
Kəlbəcər şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - VİDEO
Dövlət və ictimaiyyət nümayəndələri Zəfər abidəsi önündə şəhidlərin xatirəsini yad ediblər - FOTOLENT
Himalay dağlarında uçqun olub, 14 Nepal vətəndaşı itkin düşüb - VİDEO
Tahir Budaqov: YAP-ın qurultayına hazırlıq davam etdirilir
“Gürcü Arzusu”: Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib
Əli Nağıyev və Orxan Sultanov Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər - FOTO
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTOLENT - VİDEO
Xankəndidə Anım Günü qeyd edilib
Hərbi Memorial Məzarlıqda şəhidlərin xatirəsi yad edilir - FOTOLENT
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
Prezidentin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarəti barədə paylaşım edilib
ABŞ-ın şimal-şərqini fırtına vurub, ölən var, aviareyslər ləğv edilib
Lerikdə 3,2 maqnitudalı zəlzələ olub
DİN şəxsi heyəti Zəfər parkında olub, şəhidləri yad edib - VİDEO
Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTO
Türkiyə səfirliyi: Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi minnətdarlıqla yad edirik
Güclü yağışlar Banqkokda subasmaya yol açıb, 4 900 nəfər təxliyə edilib
Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir - FOTO
Almaniya XİN rəhbəri Lavrovla görüşün detallarını açıqlayıb
Çin ABŞ-a iki panda göndərib
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra müdafiə nazirini vəzifəsindən azad edib
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
İsrail müxalifəti ərəb partiyalarının dəstəyi ilə hökumət quracaq
İsrail Livanın cənubundakı dağlıq ərazilərə zərbələr endirib
Oman və İran XİN rəhbərləri Hörmüz boğazını müzakirə edib
Pezeşkian: Məkkə ittifaqı müsəlmanların birləşməsi üçün atılmış addımdır
Avropa Komissiyası Afrikada köçkünlərə yardım üçün 710 milyon avro ayıracaq
Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb