Bank Of Baku

Azərbaycan və Albaniya prezidentləri Ukraynadakı müharibəni müzakirə edib

Azərbaycan və Albaniya prezidentləri Ukraynadakı müharibəni müzakirə edib
# 07 iyul 2023 16:33 (UTC +04:00)

Biz Prezident Əliyevlə birlikdə Ukraynadakı müharibəni müzakirə etdik.

APA xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

“Ukraynanın bərpasına həsr edilmiş konfransda ölkələrimizin iştirakı Ukraynanı dinc və inkişaf etmiş görməyimizlə bağlı iradəmizin göstəricisidir. Bu məqamda biz bir daha Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə edirik. Ağır dövrdə kömək göstərilməsi xalqlar və dövlətlər tərəfindən unudulmayan jestdir. 2019-cu ilin noyabrında baş vermiş faciəvi zəlzələdən sonra Azərbaycanın Albaniyaya olan dəstəyi də həmin qəbildəndir. Mən Prezident Əliyevə həmin çətin günlərdə yanımızda olduğuna görə bir daha təşəkkürümü bildirdim. Əsl dost dar gündə tanınar”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR