Bank Of Baku

Azərbaycan və Ukrayna itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıq memorandumu imzalayacaq

Azərbaycan və Ukrayna itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıq memorandumu imzalayacaq
# 30 iyun 2026 11:23 (UTC +04:00)

İtkin düşmüş şəxslərlə bağlı təcrübə və bilik mübadiləsini təşviq etmək məqsədilə Ukraynanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması planlaşdırılır.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Ceyhun Rzayev deyib.

O bildirib ki, bu məsələ ilə bağlı ilkin müzakirələr 2025-ci il dekabrın 10-da Kiyevdə Beynəlxalq İnsan Hüquqları Konfransı çərçivəsində keçirilib: “Eyni zamanda Azərbaycan Respublikasının xarici işlər nazirinin tövsiyəsi əsasında Dövlət Komissiyasının nümayəndə heyəti 2025-ci ilin aprelində Bosniya və Herseqovinaya səfər edib. Səfərin məqsədi Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutu ilə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək olub. Bu təcrübə axtarış, qazıntı və eksqumasiya işləri baxımından faydalı hesab olunur. Bu prosesin nəticəsi olaraq, 2025-ci il oktyabrın 9-da Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutu ilə Dövlət Komissiyası arasında əməkdaşlıq memorandumu imzalanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR