Bank Of Baku

İşçi Qrup: Ermənistan itkinlərlə bağlı siyahını araşdırıb bizə məlumat veriləcəyini bildirsə də, indiyədək cavab yoxdur

İşçi Qrup: Ermənistan itkinlərlə bağlı siyahını araşdırıb bizə məlumat veriləcəyini bildirsə də, indiyədək cavab yoxdur
# 30 iyun 2026 11:24 (UTC +04:00)

2025-ci il fevralın 7-də Azərbaycan Respublikasının Dövlət Komissiyasının nümayəndələri ilə Ermənistan Respublikasının Hərbi əsirlər, saxlanılan şəxslər və itkin düşmüş şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında ilk görüş keçirilib.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Ceyhun Rzayev deyib.

O bildirib ki, danışıqlar zamanı Azərbaycan tərəfi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məqsədilə məlumat mübadiləsinə hazır olduğunu diqqətə çatdırıb: “Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı müvafiq məlumatları qarşı tərəfə təqdim edib. Eyni zamanda, erməni əsilli itkin şəxslərin taleyinin aydınlaşdırılmasına kömək məqsədilə Azərbaycan onların ailə üzvlərindən götürülmüş DNT profillərinin Azərbaycana təqdim olunmasını təklif edib. Sonrakı dövrdə qarşı tərəflə əlaqələr onlayn və telefon vasitəsilə davam etdirilib.

Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı müvafiq siyahıları və məlumatları qarşı tərəfə təqdim edib. Qarşı tərəf təqdim olunan materialları araşdıracağını və Azərbaycan tərəfinə müvafiq məlumat verəcəyini bildirsə də, indiyədək hər hansı məlumat təqdim edilməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR