Bank Of Baku

Azərbaycan XİN Ermənistanın mina terrorunun pislənilməsini istəyib

Azərbaycan XİN Ermənistanın mina terrorunun pislənilməsini istəyib
# 10 sentyabr 2023 18:12 (UTC +04:00)

Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

APA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bunu "X" sosial şəbəkəsində yazıb.

Qeyd edilib ki, 2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub: “Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik”.

Qeyd edək ki, sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR