Bank Of Baku

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
# 21 iyun 2026 11:33 (UTC +04:00)

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub, tranzit yüklərin tədarükü həyata keçirilib.

APA xəbər verir ki, 17 vaqondan ibarət, çəkisi 1000 tona yaxın olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

18 vaqondan ibarət, çəkisi 1260 ton olan buğda eyni tarixdə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR