Bank Of Baku

Azərbaycanın daimi nümayəndəsi Stoltenberqin köməkçisinin müavini ilə görüşüb

Azərbaycanın daimi nümayəndəsi Stoltenberqin köməkçisinin müavini ilə görüşüb
# 21 iyun 2023 13:57 (UTC +04:00)

Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Cəfər Hüseynzadə NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisinin müavini Karmen Romero ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə “Tvitter” paylaşımında bildirib.

O, qeyd edib ki, görüş zamanı tərəflər ictimai diplomatiya və NATO-nun İctimai Diplomatiya İdarəsinin NATO-Azərbaycan praktiki tərəfdaşlığına töhfələri ilə bağlı yaxşı söhbət aparıblar. Görüş zamanı Latviyanın Azərbaycandakı səfirliyinin və NATO-nun Azərbaycandakı Kontakt Nöqtəsi Səfirliyinin fəaliyyətinə də diqqət yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR