Bank Of Baku

Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs qərarı verilib

Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs qərarı verilib
# 23 iyun 2023 21:28 (UTC +04:00)

Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs qərarı verilib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviter hesabında paylaşım edib.

"Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs və dəymiş ziyanın ödənilməsinə məhkum edilib.

Ədalətin bərqərar olmasına sevinir, təcavüzü pisləyirik", - deyə qeyd olunub.

Xatırladaq ki, ötən ilin sentyabrın 18-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Vandallar səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb. Onlara polis müdaxilə etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR