Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstanın Biznes Ombudsmanı İrakli Lekvinadze ilə görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında işgüzar əlaqələrin dərinləşdirilməsinin və Azərbaycan şirkətlərinin Gürcüstandakı fəaliyyəti müzakirə edilib.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini narahat edən məsələlər İ. Lekvinadzenin diqqətinə çatdırılıb.
İ. Lekvinadze Azərbaycanla biznes əlaqələrinin dərinləşdirilməsinin Gürcüstan üçün vacib olduğunu vurğulayıb.
Görüşdə Xəzər Enerji Klubunun baş icraçı direktoru Telman Əliyev də iştirak edib.