Azərbaycanın Los-Ancelesdəki konsulu Ramil Qurbanov ABŞ Dövlət Departamentinin Los-Anceles Xarici Nümayəndəliklər İdarəsinin regional direktoru Denise Şenlə görüşüb.
APA xəbər verir ki, bu barədə ölkəmizin konsulu "Twitter"də yazıb.
"Səmimi qəbula və səmərəli görüşə görə ABŞ Dövlət Departamentinin LosAncelesdəki Xarici Nümayəndəliklər İdarəsinin regional direktoru Denise Şenə dərin təşəkkürümü bildirirəm.
ABŞ Dövlət Departamentinin Los-Ancelesdəki Xarici Nümayəndəliklər İdarəsi ilə konsulluğumuz arasında yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və biz gələcəkdə daha sıx əməkdaşlığa ümid edirik", - deyə Qurbanov qeyd edib.