Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov general Metin Gürakla görüşüb.
APA xəbər verir ki, səfir bu barədə özünün rəsmi “Twitter” hesabında paylaşım edib.
O, Türkiyə Silahlı Qüvvələrində Baş Qərargah Rəisi vəzifəsinə təyin olunan general Metin Güraka uğurlar arzuladığını qeyd edib.
“Biz tam inanırıq ki, qardaş ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq bundan sonra da inkişaf edəcək”, - səfir əlavə edib.