Azərbaycanın üç ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib

Azərbaycanın üç ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib
# 30 may 2023 11:45 (UTC +04:00)

“Parlamentin beynəlxalq fəaliyyəti genişlənir, 100-dən çox Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupları fəaliyyət göstərir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Səməd Seyidov bildirib ki, Azərbaycan-Lüksemburq Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna İsmayılov Şahin, Azərbaycan-Tailand Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna Rüfət Quliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna isə Kamran Bayramovun rəhbər olması təklif edilib.

Təklif müzakirələrdən sonra qəbul edilib.

Qeyd edək ki, Rüfət Quliyev bundan əvvəl Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR