Bank Of Baku

Azərbaycanlı səfir etimadnaməsini Zelenskiyə təqdim edib

Azərbaycanlı səfir etimadnaməsini Zelenskiyə təqdim edib
# 21 iyun 2023 23:47 (UTC +04:00)

Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti tviter hesabında bildirib.

“Ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfirləri təbrik edirəm. Biz birlikdə qaydalara əsaslanan beynəlxalq nizamı gücləndiririk və həyatı qoruyuruq”, - deyə qeyd olunub.

Azərbaycanla yanaşı Norveç, İsveçrə, Pakistan və İslandiyanın səfirləri etimadnamələrini Zelenskiyə təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR