Bank Of Baku

Bakıda Heydər Əliyev və Azərbaycanın xarici siyasəti mövzusunda konfrans keçirilir - FOTO

Bakıda Heydər Əliyev və Azərbaycanın xarici siyasəti mövzusunda konfrans keçirilir - FOTO
# 10 iyul 2023 12:31 (UTC +04:00)

ADA Universitetində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfrans öz işini panel müzakirələri ilə davam etdirir.

APA xəbər verir ki, konfransın açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin xarici siyasət kursunun əsasının qoyulmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğuna diqqət çəkib: “Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz və xüsusilə Azərbaycanla bağlı maraqlarını, bu bölgədə ambisiyalarını nəzərə alaraq çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Ulu Öndərin uğurlu xarici siyasət kursu nəticəsində xüsusilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi kimi məsələ həllini tapmışdır”.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və prinsipial xarici siyasət kursunun aparılması nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun daha da artmaqda olduğunu da qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə çıxışında bildirib ki, Heydər Əliyevin xarici siyasət sahəsində böyük xidmətləri var.

“Azərbaycan dövlətçiliyinin quruculuğu istiqamətində Heydər Əliyev ardıcıl siyasət yürüdüb", - Hikmət Hacıyev vurğulayıb.

Hikmət Hacıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın milli kimliyinin qorunması istiqamətində gördüyü işləri də qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu gün də arxivlərdə Heydər Əliyevə qarşı ermənilərin şikayət məktubları, ona qarşı aparılan kompramtlarla bağlı faktlar qalır.

Çıxışlar bitdikdən sonra konfrans panel müzakirələrlə davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR