Bank Of Baku

Bakıda "İraq türkmanları və türk dünyası: Tarixi yaddaşın bərpası" adlı konfrans keçirilib

Bakıda "İraq türkmanları və türk dünyası: Tarixi yaddaşın bərpası" adlı konfrans keçirilib
# 30 oktyabr 2023 11:28 (UTC +04:00)

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) təşkilatçılığı ilə "İraq türkmanları və türk dünyası: Tarixi yaddaşın bərpası" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

APA xəbər verir ki, konfransda BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış nitqi ilə çıxış edən Rəvan Həsənov qeyd edib ki, Azərbaycan rəhbərliyi daim türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.

Həsənov həmçinin qeyd edib ki, ulu öndər Heydər Əliyevin İraq türkmanları ilə Azərbaycan xalqı arasında sıx bağlılığı daim yüksək qiymətləndirib. Bu səbəbdən də ölkəmiz İraq türkmanları ilə əlaqələrin qurulmasında çox maraqlı olub.

BMTM sədri Fərid Şəfiyev isə bugünkü tədbirin böyük qürur hissi ilə keçirdiyini qeyd edib:

"Bu gün səhər Şəhidlər xiyabanını ziyarət etdik. 90-cı illərdə baş vermiş bütün o dəhşətli hadisələr bir daha gözlərimizin önündən keçdi. Onun ardınca işğal başladı. Azərbaycan bütün çətinlikləri geridə qoyaraq suverenliyini tam bərpa etməyə nail olub. Bu məsələdə Türkiyənin və türk dünyası ölkələrinin siyasi, həmçinin mənəvi dəstəyini gördük. Şübhəsiz ki, bu dəstək də böyük rol oynadı. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bizim İraqla gözəl münasibətlərimiz var, bugünkü tədbir siyasi tədbir deyil. İraqda yaşayan türk xalqlarının sosial-iqtisadi məsələləri ilə bağlı müzakirələr aparılacaq".

İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori ölkələrimiz arasındakı əlaqələrin son dövrlərdə güclənməsindən və inkişaf etməsindən danışıb:

"Azərbaycanı və İraqı bir-birinə sıx tarixi əlaqələr bağlayır. Bu bağların möhkəmlənməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini vurğulamaq lazımdır. İraq hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qarabağın işğaldan azad olunması ölkəniz üçün çox tarixi bir hadisədir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr və Qarabağın yenidən dirçəlməsini, gözəlləşməsini hamımız görürük. İraq hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və Qarabağdakı layihələrdə iştirak etməkdən qürur duyur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR