Bank Of Baku

Bakıda Misirin milli bayramı - İnqilab günü qeyd edilib - FOTO

Bakıda Misirin milli bayramı - İnqilab günü qeyd edilib - FOTO
# 25 iyul 2023 19:49 (UTC +04:00)

Bu gün Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Misir səfiri Hişam Mohamed Nağı Abdel Həmid, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Misir səfiri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, 1952-ci ildə baş vermiş inqilab Misiri ərəb dünyasında regional liderə çevirdi, eyni zamanda, inqilabın təsiri sərhədləri aşaraq Afrika, Asiya və Latın Amerikasında müstəqillik hərəkatlarını ruhlandırdı.

Diplomat, Azərbaycanı Misirin həmtəsisçisi olduğu Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrik edib, Hərəkatı gücləndirmək üçün göstərdiyi səyləri təqdir edib.

Səfir qeyd edib ki, Misir və Azərbaycanı çoxillik dostluq münasibətləri, xalqlarımızı isə qarşılıqlı hörmət və oxşarlıq birləşdirir: “Misir 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Keçən il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu ilin əvvəlində Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya səfəri ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələ oldu. Bu il ikitərəfli münasibətlərimizdə daha da artan irəliləyişlərin şahidi olduq”.

Diplomatın sözlərinə görə, Misir hər zaman münaqişə və terrorizmin əsas səbəblərini aradan qaldırmaq, qlobal sülh, təhlükəsizlik və davamlı inkişaf üçün səy göstərməklə qlobal problemlərin həllinin zəruriliyinə inanıb: “Azərbaycan iqtisadi tərəqqi, sosial sabitlik, qlobal sülh və təhlükəsizliyə nail olmaq öhdəliyimizi bölüşür. Biz daxili şərtlərimizə uyğun olaraq iqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq üçün bir-birimizin səylərini qətiyyətlə dəstəkləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR