Bank Of Baku

Bakıdan göndərilən 40 ton un yüklü karvan 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO - VİDEO

Bakıdan göndərilən 40 ton un yüklü karvan 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO  - VİDEO
# 17 sentyabr 2023 19:53 (UTC +04:00)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 20-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

APA-nın Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərinə çatdırılana qədər burada qalacaqlar.

Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün AzQAC-ın əməkdaşları və könüllülər cavab gözləyir.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR