Baş konsul: Bu gün Müstəqillik Günümüzü ərazi bütövlüyünü bərpa edən ölkə olaraq qeyd edirik - FOTO

Baş konsul: Bu gün Müstəqillik Günümüzü ərazi bütövlüyünü bərpa edən ölkə olaraq qeyd edirik - FOTO
# 26 may 2023 22:13 (UTC +04:00)

Azərbaycan Xalq Cumhuriyyətinin ömrünün çox da uzun olmamasına baxmayaraq bu dönəmdə böyük işlər görüldü, Azərbaycanın ilk Parlamenti, Xarici İşlər və Müdafiə Nazirliyi kimi institutlar təsis edildi, milli ordumuzun təməli qoyuldu.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə İstanbulda Azərbaycanın “28 May - Müstəqillik Günü”nə həsr olunmuş və Baş Konsulluq tərəfindən təşkil olunan rəsmi qəbulda çıxışı zamanı Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan Müstəqillik Gününü ərazi bütövlüyünü bərpa edən ölkə olaraq qeyd edir.

“1991-ci ildə isə Sovetlər Birliyinin çökməsi ilə digər respublikalar kimi Azərbaycan da ikinci dəfə müstəqilliyinə qovuşdu. Lakin biz gənc bir dövlətdik, öz müstəqil siyasətini yürütməsi üçün maneələr var idi. Azərbaycan o zaman iqtisadi problemlər, daxili münaqişələr təhlükəsi və, ən önəmlisi, qonşumuz Ermənistan ilə tarixi torpağımız olan Qarabağ uğrunda müharibə aparmaq məcburiyyətində idik. O dönəmdə Azərbaycan yenə milli iradəsinə sahib çıxaraq ölkəmiz üçün Sovetlər dönəmində də çox böyük xidmətləri olan, öz xalqı və dövlətini hər zaman hər şeydən üstün tutan büyük liderimiz Heydər Əliyevi iqtidara dəvət etdi. 1993-cü ildə Prezident seçildiyindən sonra Heydər Əliyevin siyasəti sayəsində indiki müstəqil Azərbaycanın təməlləri atıldı. Biz o siyasətlərin nəticəsi olaraq müstəqil və güclü Azərbaycanın vətəndaşlarıyıq”, - deyə N. Mustafayeva vurğulayıb.

Baş konsul, həmçinin Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olduğunu da xatırladıb: “Əsrlərə dayanan və dastana dönmüş bu qardaşlıq və dostluq üçün təşəkkür edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR