Bank Of Baku

Belarus XİN rəhbəri Qərbi QH ölkələrinə məhdudlaşdırıcı addımlar atmaqda ittiham edib

Belarus XİN rəhbəri Qərbi QH ölkələrinə məhdudlaşdırıcı addımlar atmaqda ittiham edib
# 05 iyul 2023 12:48 (UTC +04:00)

Belarus XİN rəhbəri Qərbi birtərəfli təzyiq yönümlü siyasətdə ittiham edib.

APA xəbər verir ki, Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxışında Belarus XİN rəhbəri Sergey Aleynik bildirib ki, Qərb QH ölkələrinə qarşı birtərəfli məhdudlaşdırıcı addımlar atır, təzyiq göstərir ki, bu dayanıqlı inkişafa imkan vermir.

“Ölkəmizə qarşı məhdudiyyətlər ixrac və istehsala təsir edib. "Potaş" məhsullarının beynəlxalq bazara çıxışına məhdudiyyətlər qoyulub. Bu, QH-yə üzv ölkələrin kənd təsərrüfatına təsir edib.

Biz birtərəfli məhdudiyyətlərə qarşı həmrəy olmalıyıq. Biz hamımızı eyni prinsipləri, sülhü, çoxtərəfliliyi, dayanıqlı inkişafı bölüşürük. QH-nin oynayacağı vacib rol var. Dünyada qlobal geosiyasi toqquşmaların olduğu zamanda səmimi dialoq yeganə yoldur. Belarus QH-nin fəaliyyətinə, istədiyimiz gələcəyə nail olmaq istiqamətində töhfə verməyə hazırdır”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR