Bank Of Baku

Belarusda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Belarusda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
# 24 may 2023 22:19 (UTC +04:00)

Ölkəmizin Belarusdakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın Müstəqillik Günü və dövlətimizlə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev dövlətlərimiz arasında diplomatik əlaqələrin inkişafında hər iki ölkə liderlərinin siyasi dialoqlarının əhəmiyyətini qeyd edib.

"Azərbaycan və Belarus Prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında fəal siyasi dialoq Belarus-Azərbaycan əməkdaşlığının bütün spektri üzrə yüksək dinamikanı təmin edir", - deyə səfir bildirib.

Tədbirdə çıxış edən Belarus Baş nazirinin müavini Leonid Zayats isə öz növbəsində bildirib ki, Azərbaycan Belarus üçün həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda müstəsna əhəmiyyətli və etibarlı tərəfdaşdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR