Bank Of Baku

Berlində “Azərbaycanda yəhudi irsi” tədbiri keçiriləcək

Anatoliy Rafailov, Milli Məclisin deputatı

© APA | Anatoliy Rafailov, Milli Məclisin deputatı

# 16 iyun 2023 14:53 (UTC +04:00)

Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iyunun 17-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə,

Anatoliy Rafailov səfərdə “Azərbaycanda yəhudi irsi” adı ilə keçirilən tədbirdə iştirak edəcək.

Avropada fəaliyyət göstərən yəhudi təşkilatlarının, Almaniyanın dövlət və hökumət rəsmilərinin, Bundestaqın üzvlərinin və akademik dairələrin nümayəndələrinin qatılacağı tədbir çərçivəsində, həmçinin “Azərbaycanda yəhudi irsi” adlı fotokitabın təqdimatının və sərginin keçirilməsi də nəzərdə tutulub.

Səfər iyunun 22-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR