Bank Of Baku

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın “Miatsum” layihəsini rəsmən dəfn edib - ŞƏRH

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın “Miatsum” layihəsini rəsmən dəfn edib - ŞƏRH
# 12 iyul 2023 11:15 (UTC +04:00)

Azərbaycanın Ermənistan qarşısında hərb meydanında əldə etdiyi uğurlar diplomatiya meydanında da davam edir.

APA xatırladır ki, iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü il tarixində Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd edib.

Xatırladaq ki, Ermənistan Azərbaycan tərəfindən 23 aprel 2023-cü il tarixində Ermənistanla şərti dövlət sərhədində, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasını Məhkəmənin 22 fevral 2023-cü il qərarını pozduğunu, bunu nəzərə alaraq Azərbaycan tərəfindən SBM-nin təcili ləğv edilməsini, Laçın yolundan və yol boyu Azərbaycanın hər hansı silahlı qüvvələrinin çıxarılmasını tələb etmişdi.

Əvəzində hələ 25 may 2023-cü il tarixində Azərbaycan tərəfi Məhkəməyə Ermənistan tərəfindən bu müddət ərzində Laçın yolunun qanunsuz istifadə edilməsini sübut edən dəlilləri təqdim etmiş, xüsusilə, bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə öz hərbçilərinin göndərilməsi, yeni istehsal edilmiş minaların gətirilməsi və bu ərazilərdə basdırılması, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və Ermənistana daşınması, üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycana qanunsuz gəlməsinə şərait yaradılması məqsədilə sui-istifadə hallarına dair çoxsaylı sübutlar təqdim edib.

İyunun 15-də Ermənistan Məhkəməyə bir daha müraciət edərək Azərbaycan tərəfindən Laçın yolunun tam bağlanması barədə məlumat verərək, Məhkəmədən məsələyə təcili olaraq müdaxilə edilməsini israrla tələb edib. Eyni zamanda, Azərbaycan tərəfi Məhkəməyə Ermənistan silahlı qüvvələri tərəfindən SBM-nin normal iş ahəngini və fəaliyyətini pozmaq üçün törətdiyi hərbi təxribat, bunun arxasında duran siyasi motivasiya və məqsəd, Ermənistanın Laçın yolunun yerli erməni sakinləri tərəfindən normal istifadəsinin qarşısının alınması üçün törətdiyi digər müxtəlif əngəllər barədə təfsilatı məlumat verib.

Nəhayət, 6 iyul tarixində Məhkəmə Azərbaycanın təqdim etdiyi sübutları və gətirdiyi arqumentlərlə tam razılaşıb, Ermənistanın vəsatətini yekdilliklə rədd edib.

Bununla Məhkəmə:

Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi tanıyıb;

Azərbaycanın Laçın yolundan öz silahlı qüvvələrini çıxarmağa dair beynəlxalq hüquq əsasında hər hansı bir öhdəliyə malik olmadığını təsdiqləyib;

Ermənistan tərəfindən cari ilin aprel ayından Azərbaycan tərəfindən öz suveren hüququna əsaslanaraq quraşdırılmış SBM-nin fəaliyyətinin Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarını pozduğuna dair iddiasını əsassız hesab edib.

Azərbaycan tərəfindən SBM vasitəsilə Laçın yoluna tam nəzarət həyata keçirməyə haqlı olduğu ilə razılaşıb.

Bununla da, Ermənistanın 1988-ci ildə başladığı “Miatsum” layihəsi bu gün rəsmən beynəlxalq səviyyədə iflasa uğrayıb. Beynəlxalq Məhkəmə suverenliyini və beynəlxalq hüququn aliliyini bununla bir daha təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR