Bank Of Baku

Blinken Azərbaycan-Ermənistan danışıqlarında müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub

Blinken Azərbaycan-Ermənistan danışıqlarında müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub
# 13 iyul 2023 11:49 (UTC +04:00)

Xəbər verildiyi kimi, iyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

APA xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib.

O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR