Bank Of Baku

BMT-nin Bakıda keçirdiyi Dövlət Xidmətləri Forumu başa çatıb - FOTOSESSİYA

BMT-nin Bakıda keçirdiyi Dövlət Xidmətləri Forumu başa çatıb - FOTOSESSİYA
# 26 iyun 2019 14:22 (UTC +04:00)

Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb.

APA-nın xəbərinə görə, Forumun yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikası  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, forumda dövlət xidmətləri sahəsində aktual məsələlər və problemlər müzakirə edilib.

Ü. Mehdiyev bildirib ki, forumda 100-dən artıq ölkənin 800-ə yaxın nümayəndəsi iştirak edib.

Onun sözlərinə görə, forum müddətində 9 ayrı-ayrı mövzular üzrə sessiyalar, panel müzakirələri keçirilib və dövlət xidmətləri göstərən qurumların Beynəlxalq ASAN Assosiasiyası təsis olunub: "Bu forum çərçivəsində 11 ölkə BMT tərəfindən mükafatlandırılıb. Eyni zamanda Azərbaycan tərəfi xüsusi mükafata layiq görülüb. Bu, müsabiqədən kənar bir mükafatdır. Azərbaycan dövlət xidmətləri sahəsində müasir texnologiyaların, innovasiyaların uğurlu tətbiqini təmin etdiyinə görə bu mükafata layiq görülüb".

Ü. Mehdiyev əlavə edib ki, BMT Azərbaycanın elektron hökumət - mygov konseptini də xüsusi qiymətləndirib: "Bu, BMT səviyyəsində Azərbaycanın dövlət xidmətləri sahəsində gördüyü işlərin və əldə etdiyi nəticələrin tanınması və qiymətləndirilməsi deməkdir. Bu, BMT tərəfindən üzv ölkələrə Azərbaycanın nümunə kimi göstərilməsi deməkdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR