Böyük Britaniyanın Baş Naziri Boris Consonun “Brexit”lə bağlı təkliflər planı Avropa İttifaqını (Aİ) qane etməyib.
APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının prezidenti Donald Tusk "Twitter"də bildirib.
“Bu gün “Brexit”lə əlaqədar Dublin, daha sonra isə Londonla telefon danışıqlarım olub. Mənim İrlandiyanın Baş Naziri Leo Varadkara mesajım var: Biz İrlandiyanın tam arxasındayıq! Böyük Britaniya Baş Naziri Boris Consona isə mesajım belədir: Təqdim olunan təkliflər bizi qane etmir”, - deyə D. Tusk vurğulayıb.
Qeyd edək ki, dünən B. Conson "Brexit"lə bağlı son təkliflər planını Aİ-yə təqdim edib.