Bank Of Baku

Britaniyanın dövlət naziri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb - VİDEO

Britaniyanın dövlət naziri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb - VİDEO
# 25 oktyabr 2023 22:36 (UTC +04:00)

Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb.

APA xəbər verir ki, Britaniya Parlamentində Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə toxunulub və Leo Dokertiyə Qarabağda 50-1000 nəfər aralığında insanın qaldığına dair sual ünvanlanıb.

Nazir bunda etnik təmizləmə əlamətlərinin olması ilə razılaşmayıb:

“Xeyr, mən razı deyiləm. Amma deməliyəm ki, Xarici İşlər Nazirliyi hər iki tərəfi dialoqu bərpa etməyə çağırıb. Danışıqlar davamlı sülh üçün əsas olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR