Cefri Payat: ABŞ Azərbaycan və Türkmənistan arasında enerji resursu ilə bağlı danışıqları dəstəkləyir

Cefri Payat: ABŞ Azərbaycan və Türkmənistan arasında enerji resursu ilə bağlı danışıqları dəstəkləyir
# 01 iyun 2023 19:08 (UTC +04:00)

Biz Azərbaycanın vacib neft və qaz istehsalçısı kimi oynadığı xüsusi roluna görə tərəfdaşlığımızın inkişafında maraqlıyıq.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin bildirib ki, Azərbaycan Mərkəzi Asiyaya qapı rolunu oynayır, Azərbaycan mürəkkəb regionda yerləşir və çətin qonşuları var: “Azərbaycanla enerji tərəfdaşlığımızın strateji əhəmiyyəti var. Biz bu tərəfdaşlığa sərmayə qoymuşuq və gələcəkdə də buna davam edəcəyik. Biz Azərbaycan və Ai arasında enerji sahəsində əməkdaşlığı dəstəkləyirik”.

O əlavə edib ki, Azərbaycanın Avropaya neft və qaz məhsullarının artımı məsələsini bazar müəyyən edir: “ABŞ Azərbaycan və Türkmənistan arasında enerji resursu ilə bağlı danışıqları dəstəkləyir. Biz həmçinin Qazaxıstanla apardığınız danışıqları, Qazaxıstanın xam neftinin ötürülməsində BTC-dən istifadə potensialını təqdir edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR