Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd edib. Vaşinqtonda əldə olunmuş razılaşmaların ardınca ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə sürətli inkişafının məmnunluq doğurduğu bildirilib.
Bu çərçivədə, 10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional əsaslarının daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Xartiyanın icrası çərçivəsində yaradılmış işçi qruplarının fəaliyyəti və qarşıdakı dövr üçün konkret layihə və yol xəritələrinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.
Azərbaycan-ABŞ iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi məsələlərinə toxunulub. Bu çərçivədə, Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, investisiya, yüksək texnologiyalar və digər sahələrdə əldə olunmuş razılaşmaların ikitərəfli strateji tərəfdaşlığın iqtisadi əsaslarının gücləndirilməsinə töhfəsi qeyd edilib.
Azərbaycanın regionun enerji, nəqliyyat və logistika potensialının inkişaf etdirilməsi, Orta Dəhlizin genişləndirilməsi, investisiyaların təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirdiyi infrastruktur layihələri barədə məlumat verilib.
TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi bağlantıların inkişafına, Azərbaycan ərazisindən onun Naxçıvan Muxtar Respublikasına maneəsiz bağlantının təmin edilməsinə və daha geniş regional tranzit imkanlarının formalaşdırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, əldə olunmuş razılaşmaların həyata keçirilməsi, regional kommunikasiyaların açılması və regionda davamlı sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb, ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrlə zənginləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri ilə TRIPP-i müzakirə edib
Xarici siyasət
Dövlət naziri: Azərbaycan və Britaniya strateji tərəfdaşlıq sənədinin mətni üzrə razılığa gəlib
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - ARAŞDIRMA - VİDEO
Şahin Mustafayev Aleksey Overçukla görüşüb, ticarət və iqtisadi əməkdaşlığa dair müzakirə aparılıb
Xəbər Lenti
Xudayar Həsənli: Bakı Limanında gübrə yüklərinin aşırılması üzrə imkanlar genişləndiriləcək
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb
Prezidentin VIII Qurultaydakı çıxışı Azərbaycanın milli təhlükəsizlik, ideologiya və inkişaf strategiyasının başlıca konturlarını müəyyənləşdirir
ADY: Orta Dəhlizdə yükdaşımaların sürətləndirilməsi üçün vahid sənədləşmə sisteminin tətbiqi üzərində işlər aparılır
Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq
Korrupsiya barədə məlumat verənlərə maddi mükafatın hansı həcmdə və qaydada veriləcəyi müəyyənləşir
Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb
Britaniya Azərbaycanla süni intellekt sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Britaniya İsrail diplomatlarını ölkədən çıxara bilər
Ceyhun Bayramov ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri ilə TRIPP-i müzakirə edib
Nazir: Azərbaycan Orta Dəhliz üzrə Avropa ilə Asiya arasında əsas nəqliyyat-logistika qovşaqlarından biridir
Britaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ən azı 5 mlrd. funt sterlinq ayırmağa hazırdır
Dövlət naziri: Azərbaycanla Britaniya arasında investisiyaların qarşılıqlı artmasını istəyirik
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
Nazir müavini: Bakı Limanının genişləndirilməsi üzrə Almaniya şirkəti ilə əməkdaşlıq müzakirə olunur
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan Böyük Britaniyanı yaşıl enerji dəhlizi layihələrində iştiraka dəvət edib
Dövlət naziri: Azərbaycan və Britaniya strateji tərəfdaşlıq sənədinin mətni üzrə razılığa gəlib
Qarabağ və Şərqi Zəngəzur: Xarabalıqlardan yeni həyata – TƏHLİL
Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 mlrd. dolları ötüb
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı həbs edilib
Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb
FHN-in yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş keçirilib
Nazir müavini: Son beş ildə Azərbaycandan keçən tranzit yüklərin həcmi iki dəfə artıb
Fransa yeni ballistik raketi sınaqdan keçirib
Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilir - FOTO
TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib
Kreml: ABŞ hərbi bazası Litvada yerləşdirilərsə, Rusiya tədbir görəcək
EBRD: Azərbaycanda tənzimləyici mühit çox sabitdir, hökumət güclü fiskal balansa sahibdir
Alban-Udi Dini İcmasının nümayəndələri Laçındakı Ağoğlan Monastırını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Fizika üzrə Nobel mükafatı laureatı məlum olub
Abbas Əraqçinin impiçmenti ilə bağlı layihə İran parlamentində qeydiyyata alınıb
İnvestisiya, enerji və logistika: Azərbaycanın iqtisadi gücü - RƏY
CSCA 2026-2027 imtahan tarixləri açıqlanıb
AİB Azərbaycanda Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir
Rusiya MN: Ukrayna son sutkada 1750 dron hücumu edib
Türkiyənin qonşularına ixracı 20,9 mlrd. dollara çatıb
Seul Kiyevdəki səfirini geri çağıra bilər
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Səfir: Azərbaycan və Almaniya hazırda hər iki tərəf üçün ən maraqlı məsələləri müəyyənləşdirir
Almaniyanın xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri saxlanılıb
NATO-nun kəşfiyyat təyyarəsi yenidən Kalininqrad üzərində dövrə vurub
Britaniya səfiri: Azərbaycanla iqtisadi artıma töhfə verən tərəfdaşlığımızı daha da gücləndiririk - FOTO
İstanbulda məktəbdə bıçaqlı hücum olub, 8 şagird yaralanıb
Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
Litva Parlamenti Konstitusiyaya nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edən düzəlişi təsdiqləyib
"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində qərar verilib
Sabah Bakıya yağış yağacaq