Azırbaycan xarici işlər naziriri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenlə görüş zamanı Ermənistanla saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ceyhun Bayramovla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş barədə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfdən sülh prosesinə maneçilik cəhdləri, bir sıra təhrikçi addımları vurğulanıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.