Bank Of Baku

Ceyhun Məmmədov: Fransa Azərbaycana qarşı təxribatçı çıxışlar edir

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyhun Məmmədov, Milli Məclisin deputatı

# 06 iyul 2023 11:13 (UTC +04:00)

Təəssüf ki, Avropada islamofob meyllər getdikcə artır. Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, həmin ölkələrin başında Fransa durur: “Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir. Fransa Azərbaycana qarşı da təxribatçı çıxışlar edir. Fransa Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Eyni zamanda sülhün bərqərar olmasına mane olmalı deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR