Bank Of Baku

Deputat: Azərbaycan-Özbəkistan münasibətləri yeni dövrün çağırışlarına uyğun inkişaf edir

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 23 avqust 2023 18:05 (UTC +04:00)

Son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bunu APA-ya açıqlamasında Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir: “Özbəkistanın Türk dünyasıyla əlaqələrinin daha da inkişafı və yaxınlaşması məhz Azərbaycan Prezidentinin uğurudur. Prezident təkcə ötən il Özbəkistana iki dəfə səfər edib. Bir məqamı da qeyd etmək lazımdır. Ümumiyyətlə, əvvəllər Türk liderlərinin bir-biriylə münasibətləri olduqca zəifi idi. Lakin son illər Türkiyə və Azərbaycanın sürətli inkişafı, xüsüsən də xarici siyasətdəki nailiyyətləri məhz Türk Dünyasının oyanışına şərait yaratdı. Biz indi Türk dövlətləri birliyi deyəndə həqiqətən də qarşılıqlı əlaqələrdə fəal iştirak edən ölkələri nəzərdə tuta bilərik. Azərbaycan-Özbəkistan münasibətləri isə yeni dövrün çağırışlarına uyğun inkişaf edir. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur”.

Müşfiq Cəfərov qeyd edib ki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti günbəgün artmaqdadır: “Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Dövlət başçısının Özbəkistana son səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” də məhz bu beynəlxalq nəqliyyat şəbəkəsinə böyük töhfə olacaq”.

Deputat bildirib ki, ölkələrimizin tarixində oxşar faciələrimiz də var: Ötən əsrin əvvəllərində həm azərbaycanlılar, həm də özbəklər erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə “Daşnaksütyun”-un hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib. Tэəssüf ki, hər iki xalq tarixin müxtəlif mərhələlərində erməni terrorundan əziyyət çəkib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR