Bank Of Baku

Deputat: Ermənistan Laçın sərhəd buraxılış məntəqəsinə qarşı növbəti təxribatıyla heç nəyə nail ola bilməyəcək

Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

© APA | Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

# 26 iyul 2023 22:24 (UTC +04:00)

Ermənistan sülh prosesini ləngitməkdə davam edir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, bir tərəfdən humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Xankəndi – Ağdam yolunu beton bloklarla bağlayırlar, digər tərəfdən Laçın Xankəndi yolunda blokada olduğunu iddia edirlər: “Əgər doğurdan da Qarabağda yaşayan ermənilərin problemi humanitar problemdirsə, onda nəyə görə daha yaxın yolla və daha səmərəli vasitələrlə humanitar yardım almağı əngəlləyir, daha uzun və qeyri-hüquqi vasitələrlə bunu etməyə çalışırlar? Elə bu müqayisədən aydın görünür ki, onların problemləri və qayğıları humanitar məsələlər deyil. Tam əksinə, bu, yenidən etnik separatçılıq yaratmaq cəhdləridir. Azərbaycan isə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş etnik separatizm problemini birdəfəlik həll edib, heç vaxt ikinci dəfə separatçılar üçün yenidən belə fürsət yaxalamaq imkanı verməyəcək”.

Deputat qeyd edib ki, hazırda Ermənistan Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistan-Azərbaycan sərhədində bir absurd siyasi teatr sərgiləməklə məşğuldur: “Tamaşaçı qismində isə bu səhnəyə baxmağa Avropa İttifaqının diplomatları cəlb olunublar. Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı Missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib. Bu, bir siyasi şou, Laçın sərhəd buraxılış məntəqəsinə qarşı Ermənistanın növbəti təxribatıdır. Belə siyasi şantaj və təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Tam əksinə, mümkün sülh müqaviləsini imzalamamaqla Azərbaycanı məcbur edəcəklər ki, müqavilənin imzalanması üçün yeni həmlələr etsin. Biz sülhdə israrlıyıq və nə yolla olursa olsun, onu əldə edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR