Bank Of Baku

Diplomat: Sudan ordusu təşəbbüsü öz əlinə götürüb, üsyan tez bir zamanda yatırılacaq

Diplomat: Sudan ordusu təşəbbüsü öz əlinə götürüb, üsyan tez bir zamanda yatırılacaq
# 12 iyun 2023 12:23 (UTC +04:00)

“Sudanda baş verənlər vətəndaş müharibəsi deyil. O, daha əvvəl Silahlı Qüvvələrin fraksiyalarından biri olmuş və hakimiyyəti ələ keçirmək üçün üsyan qaldırmış, sonra isə Silahlı Qüvvələrin Ali Baş Komandanının qərarı ilə dağıdılmış qüvvələrin uğursuz çevriliş cəhdidir”.

APA xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Əbdül Halim Mahmud Sudandakı vəziyyətlə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Afrikada demokratik keçidin çətinliklərini başa düşmək vacibdir, çünki Sudan böhranı təfərrüatları ilə demokratik sivil idarəetməyə keçid üçün daha əvvəl oxşar çətinliklərin şahidi olmuş Afrika ölkələrindəki böhranlara daha yaxındır: “Sudan hökuməti ölkədəki hazırkı vəziyyətin daxili böhran olduğunu təsdiq edir, bu barədə heç bir təhrifi qəbul etmir və böhranın sonunun sudanlıların özlərinin əlində olacağına əminliyini bildirir”.

Diplomat qeyd edib ki, indi Sudan Silahlı Qüvvələri təşəbbüsü öz əlinə götürüb və onlar üsyanı tez bir zamanda yatırmağa qadirdirlər, lakin vətəndaşların həyatı və ölkənin infrastrukturunun təhlükəsizliyi naminə həddindən artıq güc tətbiq etmirlər.

O vurğulayıb ki, Sudan hökuməti ilə üsyançılar arasında birbaşa danışıqlar aparılmır: “Paytaxt Ciddədə imzalanan sazişin məqsədi zərərçəkənlərə humanitar yardımın çatdırılmasıdır ki, bu da, Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən həyata keçirilib.

Üsyan səngiyib və indi paytaxt Xartumun məhdud ərazilərində davam edir”.

Müvəqqəti işlər vəkili diqqətə çatdırıb ki, Silahlı Qüvvələr bir çox ölkələrin vətəndaşlarının, o cümlədən Azərbaycan vətəndaşlarının təxliyəsini asanlaşdırıb və təmin edib: “Üsyançı qüvvələr xeyli sayda insan və texnika itkisinə məruz qalıb və onların bəziləri könüllü olaraq Silahlı Qüvvələrə özünü təslim edib. Üsyançı qüvvələr hərbi tarazlığı itirdikdən sonra diplomatik nümayəndəliklərin qərargahlarını qarət etməyə əl atıblar. Sudanda demokratikləşmə prosesi qiyam yatırıldıqdan dərhal sonra bərpa olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR