Bank Of Baku

Dövlət Departamenti: ABŞ Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir

Dövlət Departamenti: ABŞ Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir
# 24 may 2023 22:40 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşünə münasibət bildirib.

APA xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistin Moskvada keçirilməsi planlaşdırılan görüşlə bağlı suala cavabında bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir:

“Biz tərəflər arasında birbaşa danışıqları dəstəkləyirik. Biz inanırıq ki, yekun davamlı sülhə nail olmaq üçün birbaşa danışıqlar vacibdir, bunun tərəflərin bir araya gələrək fikir ayrılıqlarını aradan qaldırmaqla bağlı razılığa gələcəyi təqdirdə əlçatan olduğuna inanırıq. Biz ötən ay Vaşinqtonda və ya bir neçə həftə əvvəl Brüsseldə olduğu kimi, dünyanın hər hansı bir yerində aparılan danışıqları dəstəkləyirik. Vacib olan bu iki tərəfin bir-biri ilə danışıqları davam etdirməsidir”.

Miller qeyd edib ki, ABŞ müzakirələr prosesində iştirakını davam etdirir:

“Biz tərəflərin özlərinin müzakirələrdə iştirakı davam etdirməsi ilə bağlı xəbərləri alqışlayırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR