Bank Of Baku

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının müzakirələrinə vasitəçilik etməkdən şaddır

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının müzakirələrinə vasitəçilik etməkdən şaddır
# 27 iyun 2023 22:33 (UTC +04:00)

ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərin müzakirələrinə vasitəçilik etməkdən şaddır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, dövlət katibi Entoni Blinken bu gün səhər hər iki ölkənin xarici işlər naziləri ilə həm ayrı-ayrılıqda həm də üçtərəfli formatda görüş də keçirdi.

Hər bir görüşdə o vurğuladı ki, məsələlərin həlli, davamlı və ləyaqətli sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir. ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından təsirlənib. Biz bu prosesin inkişafı üçün onlara kömək etməyə davam eədəcəyik. Bu gün görüşün ilk günü idi və müzakirələr 29-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR