Fransada 17 yaşlı əlcəzairlinin öldürülməsi müstəmləkəçiliyin təzahürlərindən biridir.
APA xəbər verir ki, “Africa Mundus” təşkilatının Qlobal Avropa İttifaqındakı Diasporu və Haiti üzrə məsul şəxsi Eduin Dhaiti Bakıda jurnalistlərə açıqlamasında deyib.
O, təmsil etdiyi təşkilatın məqsədinin imperialist dövlətlərin irqi ayrı-seçkilik və diskriminasiya siyasətlərinə son vermək olduğunu bildirib.
“Biz imperializmin səbəb olduğu quldarlıq, irqçilik, diskriminasiya, rasizm siyasətlərinin aradan qaldırılması üçün “Africa Mundus” hərəkatında birləşmişik. Biz imperialist, güclü dövlətlərin bizim ölkələrə müdaxilə edərək suverenliyimizə son verərək inkişafımızın qarşısını almaq cəhdlərinə, müstəmləkəçilik, “parçala, hökm et” siyasətinə etiraz edərək təşkilatlanırıq. Biz öz ölkəmizi – Hatini təmsil edərək, gənc və yaşlı nəsillə birlikdə, eyni zamanda, xaricdə yaşayan haitililərlə birlikdə səfərbər olaraq bu kimi təşkilatlarda öz səslərimizi qaldırırıq və həmin böyük dövlətlərin müdaxilə siyasətinin qarşısını almaq üçün mübarizə aparırıq. Qoşulmama Hərəkatına sədrlik tezliklə Uqandaya keçəcək. Fransada baş verən hadisələrlə bağlı isə onu deyə bilərəm ki, 17 yaşlı yeniyetmənin öldürülməsi, həmçinin bu iğtişaşlar həmin kolonializmin təzahürlərindən biridir”, - Eduin Dhaiti qeyd edib.