Bu gün baş verən hadisələr bizim hamımıza ən mühüm maneələrdən birini ram etməyə kömək etdi. Yəni qeyri-qanuni qüvvələrin Azərbaycanın suveren ərazisində olması problemi həll edildi.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Xarici İşlər Nazirliyində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, bu məsələlər dəfələrlə beynəlxalq platformalarda qaldırılıb: “Əfsus ki, konkret tədbirlər görmədik. Hər zaman olduğu kimi, Azərbaycan, əslində, məsələni özü həll etməyə məcbur oldu”.
Ramiz Mikayıloğlu
Nihat Pir