Bu gün Baş nazir Əli Əsədov Tacikistanın ticarət və iqtisadi inkişaf naziri Zavkizoda Zavki ilə görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd edilib.
Görüşdə iki ölkə arasında ticari-iqtisadi, investisiya və mədəniyyət-humanitar sahələrdə əlaqələr müzakirə olunub. Eyni zamanda Azərbaycan və Tacikistan arasında Ticari-İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın Bakıda VI iclasının keçirilməsinin əhəmiyyəti qeyd edilib.