Bank Of Baku

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
# 20 iyun 2019 01:38 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Asiya məsələri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

APA-nın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, görüş zamanı tərəflər geniş regionda baş verən proseslər, Ermənistan-Azərbaycan münaqişəsi və ikitərəfli əlaqələrə dair geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sabah Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR