Türkiyə və Azərbaycan Şərqlə Qərb arasında strateji mövqeyə sahibdir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən sonra rəsmi “Twitter” hesabında edildiyi paylaşımda deyilir.
“Qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək”.
Paylaşımda liderlər arasında mövcud koordinasiya ilə Azərbaycanla Türkiyə arasında dialoqun davam etdirildiyi də vurğulanıb: “Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik.
Bu münasibətlə bizlərə “iki dövlət, bir millət” şüarını miras qoyan Azərbaycanın Ümummilli lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə rəhmət və minnətdarlıq hissi ilə yad edirəm.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, qardaşım, əl-ələ verərək biz bundan sonra da hər sahədə əlaqələrimizi inkişaf etdirəcəyik”.