Bank Of Baku

Ərdoğan: Azərbaycanla “KAAN” təyyarəsinə dair imzalanmış müqavilə həmrəyliyimizin yeni nişanəsidir

Ərdoğan: Azərbaycanla “KAAN” təyyarəsinə dair imzalanmış müqavilə həmrəyliyimizin yeni nişanəsidir
# 28 iyul 2023 15:53 (UTC +04:00)

Azərbaycanla milli döyüş təyyarəsi “KAAN” ilə bağlı imzaladığımız protokolu iki ölkə arasındakı həmrəyliyimizin yeni nişanəsi olaraq görürük.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin bağlanış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, “KAAN”ın bu ilin sonunadək ilk uçuşunu edəcəyini də vurğulayıb.

Ərdoğan, həmçinin əlavə edib ki, Türkiyə tərəfdaşları ilə sadəcə alqı-satqı deyil, qısa və uzunmüddətli əməkdaşlığın tərəfdarıdır.

Türkiyə lideri, ölkəsinin bundan sonra da dost və müttəfiq ölkələri dəstəkləyəcəyini diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR